...

Ukraynada 1 700 nəfər yol qəzalarının qurbanı olub

Hadisə Materials 21 İyul 2013 01:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Ukraynada yay tətillərinin başlaması ilə avtomobil yollarında nəqliyyat sıxlığı səbəbindən yol qəzalarının sayı artıb.

Trend-in məlumatına görə, Ukrayna Nəqliyyat Nazirliyi 2013-cü ilin ilk 6 ayında baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 1 700 nəfərin öldüyünü bildirib.

Yol qəzalarına daha çox tətilə gedən insanların və avtomobillərin sayındakı artım, istirahət yerinə tez çatmaq üçün tələsərək sürət həddini aşan və yorğun vəziyyətdə sükan arxasına keçən sürücülərin səbəb olduğu deyilir.

Ötən ay yol-nəqliyyat hadisələrinin artması ilə əlaqədar olaraq, yol polisi sürücüləri yol hərəkəti qaydalarına daha ciddi əməl etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti