Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İzzət/
Keşlə Dəmir Yolu Stansiyasının ərazisində Bakı-Gəncə sərnişin qatarı ilə vurulmuş Bakı şəhər sakini xəstəxanaya yerləşdirilib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 20-də saat 09.10 radələrində Keşlə Dəmir Yolu Stansiyasının ərazisində Bakı-Gəncə sərnişin qatarı ilə Bakı şəhər sakini Amanxan Qəhrəmanov vurulub.
Nəticədə xəsarət almış A.Qəhrəmanov xəstəxanaya yerləşdirilib.
Faktla əlaqədar Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.