...

Mingəçevirdə dostunu iş üstündə bıçaqlayan şəxsə qarşı cinayət işi açılıb

Hadisə Materials 29 İyul 2013 16:12 (UTC +04:00)
Trend EL TV-yə istinadən məlumat verir ki, 1985-ci il təvəllüdlü Ceyhun Zabitəli oğlu Əhmədovla 1984-cü il təvəllüdlü Elvin Vaqif oğlu Hüseynov arasında iş yeri üstündə mübahisə baş verib.
Mingəçevirdə dostunu iş üstündə bıçaqlayan şəxsə qarşı cinayət işi açılıb

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ.İzzət/

Mingəçevir şəhərində dost dostu bıçaqlayıb.

Trend EL TV-yə istinadən məlumat verir ki, 1985-ci il təvəllüdlü Ceyhun Zabitəli oğlu Əhmədovla 1984-cü il təvəllüdlü Elvin Vaqif oğlu Hüseynov arasında iş yeri üstündə mübahisə baş verib.

Belə ki, əvvəllər dost olmuş bu şəxslərin hər ikisi eyni işi istəyirmiş. Bunun üstündə başlayan mübahisə dava ilə nəticələnib. Hadisə zamanı Ceyhun Əhədov Elvin Hüseynovu qarın və üz nahiyələrindən qəflətən bıçaqlayıb.

Elvin Hüseynov Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Dostunu bıçaqlayan Ceyhun Əhədova qarşı cinayət işi açılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti