Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İ.İzzət/
Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 31-də saat 23.30 radələrində Abşeron rayonu ərazisində Zirə qəsəbə sakini Mehman Bədəlov idarə etdiyi KamAZ-5320" markalı avtomaşınla yolu keçən Rövşən Ələsgərovu vurub.
Nəticədə xəsarət almış piyada Ələsgərov hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən araşdırma aparılır.