...

Bakıda psixi xəstənin asılmış meyiti aşkar edilib

Hadisə Materials 6 Avqust 2013 10:13 (UTC +04:00)
Xətai rayonunda psixi xəstə intihar edib.
Bakıda psixi xəstənin asılmış meyiti aşkar edilib

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir İ.İzzət/

Xətai rayonunda psixi xəstə intihar edib.

Xətai Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, avqustun 5-də 17:30 radələrində 1971-ci il təvəllüdlü Sakit Məmmədovun Nobel prospekti 12 ünvanında yerləşən kimsəsiz və sökülmüş evin qapı çərçivəsindən rezin tipli elektrik kabeli ilə asılmış meyiti aşkar edilib.

Müəyyən edilib ki, Sakit Məmmədov psixi xəstəlikdən əziyyət çəkirmiş.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti