...

Zaqatala polisi bir neçə oğurluqda şübhəli bilinən şəxsi saxlayıb

Hadisə Materials 9 Avqust 2013 21:50 (UTC +04:00)
Zaqatala polisi bir neçə oğurluqda şübhəli bilinən şəxsi saxlayıb
Zaqatala polisi bir neçə oğurluqda şübhəli bilinən şəxsi saxlayıb

Azərbaycan, Bakı, 9 avqust / Trend müxbir M.Əliyev/

Zaqatala polisi bir neçə oğurluqda şübhəli bilinən şəxsi saxlayıb.

Trend Kanal S-ə istinadən xəbər verir ki, Zaqatala rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini 38 yaşlı Fizuli Burcəliyev yaxalanıb. Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, Fizuli Burcəliyev Zaqatala şəhər Nərimanov küçəsində Ruhulla Əliyevə məxsus mənzildən 950 AZN və 5500 AZN məbləğində qızıl-zinət əşyaları oğurlayıb. Fizuli Burcəliyev rayonun Aşağı Tala kənd sakini Ramazan Kamalovun mənzilindən isə 150 AZN pul və 2200 AZN məbləğində qızıl-zinət əşyaları oğurlayıb. Məlumatlara görə daha sonra o, Köçəkoba kənd sakini Rasim İmanovun mənzilini hədəf seçib və oradan 4 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlamağa nail olub.

Bu günlərdə isə Fizuli Burcəliyev yolunu rayonun Yuxarı Tala kəndinə salıb. Kənd sakini Ramazan Mahmudovun mənzilindən 300 AZN oğurlaya bilib.

Hazırda Zaqatala Rayon polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti