Azərbaycan, Bakı, 11 avqust /Trend/
Batma təhlükəsilə üzləşmiş bir nəfər xilas edilib. Bu barədə Trend məlumat verib.
Xəbərdə deyilir ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə ("Bilgəh" sularda xilasetmə məntəqəsinin ərazisində) 1 nəfər batma təhlükəsi ilə üzləşib.
Vətəndaş dalğıc-xilasediciləri tərəfindən xilas olunub.