...

Sabirabadda ağır yol qəzası baş verib, 2 nəfər ölüb

Hadisə Materials 18 Sentyabr 2013 02:42 (UTC +04:00)
Sabirabadda ağır yol qəzası baş verib, 2 nəfər ölüb. Bu barədə Trend məlumat verib.
Sabirabadda ağır yol qəzası baş verib, 2 nəfər ölüb

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Sabirabadda ağır yol qəzası baş verib, 2 nəfər ölüb. Bu barədə Trend məlumat verib.

Sabirabad rayonu, Kürkəndi kəndində 1984-cü il təvəllüdlü Novruzov Samir Sabir oğluna məxsus "NİSSAN" markalı minik avtomobili sahibi məlum olmayan digər vətəndaşa məxsus "TOFAŞ" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol qəza hadisəsi baş verib. Nəticədə "NİSSAN" markalı avtomobilin mühərrik hissəsi yanıb.

Qəza nəticəsində hər iki avtomobilin sürücüləri ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat edib və yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Yanğın saat 00:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti