...

Məhkumun qardaşı Bakıda həbsxanaya şirniyyatın içində dərman həbləri keçirmək istəyib

Hadisə Materials 21 Sentyabr 2013 10:22 (UTC +04:00)
Penitensiar xidmətin və 7 saylı cəzaşəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Məhkumun qardaşı Bakıda həbsxanaya şirniyyatın içində dərman həbləri keçirmək istəyib

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İzzət/

Penitensiar xidmətin və 7 saylı cəzaşəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sentyabrın 20-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaşəkmə müəssisəsində cəza çəkən məhkum Elnur İsgəndər oğlu Eyyubova qardaşı vətəndaş Ramin İsgəndər oğlu Eyyubovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zaman 4 (dörd) ədəd "Rulet" şirniyyatının içərisinə ağ sellofanlara bükülərək yerləşdirilmiş 286 (iki yüz səksən altı) ədəd qırmızı rəngli dərman həbləri aşkar edilərək götürülüb.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Elnur Eyyubov Azərbaycan Məcəlləsinin 177.2.1 (Oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə); 177.2.2 (Oğurluq; təkrar törədildikdə); 177.2.3 (Oğurluq; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti