...

Gəncədə həmcinslərini fahişəliyə cəlb edən qadın saxlanılıb

Hadisə Materials 23 Sentyabr 2013 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.İzzət/

Gəncə şəhər sakini qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 22-də Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini İradə Quluyeva saxlanılıb.

İ.Quluyeva gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməkdə ittiham olunur.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti