Azərbaycan, Bakı, 28 sentyabr /Trend/
Bakıda minik avtomobili ağaca çırpılıb.
Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, nəqliyyat vasitəsinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.