...

Əfqanıstanda əməliyyatlar zamanı 205 "Taliban" üzvü öldürülüb

Hadisə Materials 29 Sentyabr 2013 18:17 (UTC +04:00)
Əfqanıstanın bir sıra vilayətlərində son bir həftə ərzində yerli təhlükəsizlik qüvvələri və koalisiya qoşunları tərəfindən keçirilən əməliyyatlar zamanı "Taliban"ın 205 üzvü öldürülüb, 58-si yaralanıb.
Əfqanıstanda əməliyyatlar zamanı 205 "Taliban" üzvü öldürülüb

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Əfqanıstanın bir sıra vilayətlərində son bir həftə ərzində yerli təhlükəsizlik qüvvələri və koalisiya qoşunları tərəfindən keçirilən əməliyyatlar zamanı "Taliban"ın 205 üzvü öldürülüb, 58-si yaralanıb.

Trend-in Türkiyənin "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, Əfqanıstan Daxili İşlər Nazirliyi əməliyyatlar nəticəsində "Taliban"ın 110 üzvünün saxlanıldığını açıqlayıb.

Polis əməliyyatlar zamanı müxtəlif silahlar, 68 ədəd mina və 270 kq narkotik maddə ələ keçirib.

"Taliban"ın açıqlamasında isə yola qoyulan minanın partlaması nəticəsində 50 əfqan və əcnəbi əsgərin öldüyü, 47-nin yaralandığı iddia edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti