...

Bakıda həbsxanaya narkotik “sovqat”ı keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 2 Oktyabr 2013 10:25 (UTC +04:00)
Penitensiar xidmətin və 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakıda həbsxanaya narkotik “sovqat”ı keçirilməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İ.İzzət/

Penitensiar xidmətin və 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 1-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nahid Nizami oğlu Kərimova dayısı oğlu vətəndaş Cəlal Yasin oğlu İsmixanovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı 4 (dörd) ədəd konfet kağızına bükülmüş, ümumi çəkisi 7,1 qram narkotik maddə olan tiryək aşkar edilərək götürülüb.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Nahid Kərimov Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 67.1-ci (Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir) maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti