...

Balıq tutmaq istəyən Bakı sakini dənizdə köməksiz vəziyyətdə qalıb

Hadisə Materials 2 Oktyabr 2013 14:50 (UTC +04:00)
Xəzər dənizində köməksiz vəziyyətdə qalmış Bakı sakini xilas edilib.
Balıq tutmaq istəyən Bakı sakini dənizdə köməksiz vəziyyətdə qalıb

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İ.İzzət/

Xəzər dənizində köməksiz vəziyyətdə qalmış Bakı sakini xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonu ərazisindən balıq tutmaq məqsədi ilə dənizə çıxmış 1 nəfər havanın küləkli olması səbəbindən geri qayıda bilməyib və ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 1,5 km məsafədə, nəzarət olunmayan ərazidə köməksiz vəziyyətdə qalıb.

FHN-nin müvafiq xilasetmə qüvvələri dərhal əraziyə cəlb olunublar. Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti