...

Qaxda orduya xidmətə çağırılanlar qəzaya düşüblər

Hadisə Materials 10 Oktyabr 2013 11:42 (UTC +04:00)
Qaxda çağırışçılar qəzaya düşüblər.
Qaxda orduya xidmətə çağırılanlar qəzaya düşüblər

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İ.İzzət/

Qaxda çağırışçılar qəzaya düşüblər.

Trend Kanal S-ə istinadən xəbər verir ki, Qaxda ağır yol qəzası baş verib. Hadisə Qax-Qarağan yolunun 12-ci kilometrliyində, Qaxın Turaclı kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı "34-BC-299" dövlət nömrə nişanlı "Opel" markalı avtomobillə "36-BD-954" dövlət nömrə nişanlı "Ford" markalı avtomobill toqquşub.

Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Hələlik xəsarət alanların dəqiq sayı bilinmir.

Qeyd edək ki, "Opel" markalı avtomobildə olanlar həqiqi hərbi xidmətə çağırılan şəxslər olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti