Azərbaycan, Bakı, 13 oktyabr /Trend/
Şəmkirdə "Hyunday" markalı minik avtomobili yanıb. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verib.
Xəbərdə deyilir ki, Şəmkir rayonunda (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus "Hyunday" markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğın baş verib.
Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi yanıb.
Hadisə zamanı avtomobin sürücüsü və avtomobildə olan 3 nəfər sərnişinlər müxtəlif bədən xəsarətləri ilə təcili yardım xidməti tərəfindən xəstəxanaya aparıblar.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.