...

Hindistanda spirtli içkidən ölənlərin sayı 42-yə çatdı

Hadisə Materials 20 Oktyabr 2013 12:55 (UTC +04:00)
Hindistanın şimalında son üç gündə saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 42 nəfərə çatıb.
Hindistanda spirtli içkidən ölənlərin sayı 42-yə çatdı

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Hindistanın şimalında son üç gündə saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 42 nəfərə çatıb.

Trend Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir ki, Uttar Pradeş ştatındakı Azamgarh şəhərində saxta içkidən zəhərlənən 40 nəfər isə xəstəxanalarda müalicə olunur.

Keçən həftə "Dussəhra" festivalına ev sahibliyi edən şəhərdə qanunsuz yolla spirtli içki istehsal edərək satan 32 nəfər saxlanılıb.

Qeyd edək ki, saxta içki istehsalının daha çox yayıldığı Hindistanda hər il yüzlərlə insan təsirini artırmaq üçün tərkibinə müxtəlif kimyəvi maddələrin əlavə olunduğu spirtli içkilər səbəbindən həyatını itirir.

Xəbər lenti

Xəbər lenti