...

Terror aktı zamanı həlak olmuşların ailələrinə 1 milyon rubl veriləcək

Hadisə Materials 21 Oktyabr 2013 23:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Volqoqradda baş vermiş terror aktı zamanı həlak olmuşların ailələrinə regional büdcədən 1 milyon rubl veriləcək. Trend-in RİA Novostiyə istinadən verdiyi məlumata görə, ağır yaralılara 400 min, bütün yaralılara isə 100 min rubl veriləcək.

Məlumatda deyilir ki, mövcud sənədi Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov imzalayıb.

Qeyd edək ki, baş vermiş terror aktı nəticəsində 7 nəfər, həmçinin, terrorçu qadın da həlak olub.

İstintaq komitəsinin məlumatına görə, terror aktından sonra 33 nəfər xəstəxanalara müraciət edib. Onlardan 28 nəfəri evə buraxılıb, 8-i isə reanimasiyadadır. Onlardan bir çoxu ağır vəziyyətdədir.

Xəbər lenti

Xəbər lenti