Azərbaycan, Bakı, 23 oktyabr /Trend/
Abşeronda iki avtomobil toqquşub, sürücülərdən biri ölüb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Abşeron rayonunda (Müşviqabad qəsəbəsindən Sumqayıt şəhərinə gedən avtomobil yolunda) "OPEL" markalı minik avtomobili "FORD" markalı yük avtomobili ilə toqquşub.
Nəticədə avtomobillər deformasiyaya uğrayıb, "OPEL" markalı avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Mirzəyev Sahib Arif oğlu hadisə yerində vəfat edib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.