...

Gəncədə iki avtomobil toqquşub, ölənlər var

Hadisə Materials 28 Oktyabr 2013 06:31 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Gəncə şəhərində "Ford" və "VAZ" markalı 2 minik avtomobili toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Gəncədə iki avtomobil toqquşub, ölənlər var

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Gəncədə ağır yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Gəncə şəhərində "Ford" və "VAZ" markalı 2 minik avtomobili toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. Dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobilin sürücüsü aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Xilasedicilər deformasiya uğramış avtomobilərdən sıxılmış vəziyyətdə qalmış meyitləri təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti