...

Ermənistan vətəndaşı Gürcüstana narkotik keçirmək üçün uşağından istifadə etdi

Hadisə Materials 5 Noyabr 2013 20:55 (UTC +04:00)
Gürcüstan gömrükçüləri "Sadaxlo" nəzarət buraxılış məntəqəsində uşağı ilə Ermənistan-Gürcüstan sərhədini keçən Ermənistan vətəndaşından marixuana aşkar edilib.
Ermənistan vətəndaşı Gürcüstana narkotik keçirmək üçün uşağından istifadə etdi

Gürcüstan, Tbilisi, 5 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan gömrükçüləri "Sadaxlo" nəzarət buraxılış məntəqəsində uşağı ilə Ermənistan-Gürcüstan sərhədini keçən Ermənistan vətəndaşından marixuana aşkar edilib.

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən Trend-ə verilən məlumata görə, gömrük zabiti yoxlama zamanı uşağın şalvarının ciblərindən və qadının gödəkcəsindən narkotik maddə - marixuana aşkar edib.

Cəmi 51 qram marixuana ələ keçirlib. Ermənistan vətəndaşı saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti