...

ABŞ-da silahlı hücum: 3 ölü, 6 yaralı

Hadisə Materials 7 Noyabr 2013 10:06 (UTC +04:00)
ABŞ-ın Detroit şəhərində bərbərxanaya silahlı hücum nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
ABŞ-da silahlı hücum: 3 ölü, 6 yaralı

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

ABŞ-ın Detroit şəhərində bərbərxanaya silahlı hücum nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb. Bu barədə Trend xarici KİV-ə istinadən məlumat verir.

İddialara görə, müəyyən vaxtlarda qumar oyunlarının da keçirildiyi bərbərxanaya girən və şəxsiyyəti hələlik müəyyən edilməyən şəxs ətrafa atəş açıb.

İlkin məlumatlara görə, hadisə yerində 3 nəfər həyatını itirib. Yaralanan 6 nəfər isə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Hadisə şahidləri hücumun qumarla əlaqədar ola biləcəyini qeyd ediblər.

Polis cinayətkarı tapmaq üçün bölgədə genişmiqyaslı əməliyyata başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti