...

Bakıda "Mercedes" markalı avtomobilin yüksək sürətlə idarə olunması yol qəzasına səbəb oldu (VİDEO)

Hadisə Materials 9 Noyabr 2013 11:42 (UTC +04:00)
"Cip" avtomobilinin sürücüsü dönmə əməliyyatı reallaşdıran zaman arxadan sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil onunla toqquşub.
Bakıda "Mercedes" markalı avtomobilin yüksək sürətlə idarə olunması yol qəzasına səbəb oldu (VİDEO)

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir E.Mehdiyev/

Bakıda "Mercedes" markalı avtomobilin yüksək sürətlə idarə olunması yol qəzasına səbəb olub.

"Cip" avtomobilinin sürücüsü dönmə əməliyyatı reallaşdıran zaman arxadan sürətlə hərəkət edən "Mercedes" markalı avtomobil onunla toqquşub.

Trend bu və digər qəzaların videogörüntülərini təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırır.

Qeyd edək ki, bu ilin 10 ayında Bakı şəhəri üzrə baş vermiş 870 yol-nəqliyyat hadisəsi nəticəsində 282 nəfər həlak olub, 891 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti