...

Gürcüstanın qərbində neft daşıyan qatarın vaqonları relsdən çıxıb

Hadisə Materials 12 Noyabr 2013 16:41 (UTC +04:00)
Gürcüstan DİN Fövqəladə Hallar Departamentindən Trend-ə bildiriblər ki, Maranii kəndi (İmereti regionu) yaxınlığında neftlə dolu qatarın iki vaqonu relsdən çıxıb.
Gürcüstanın qərbində neft daşıyan qatarın vaqonları relsdən çıxıb

Gürcüstan, Tbilisi, 12 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın qərbində dəmiryol qəzası baş verib.

Gürcüstan DİN Fövqəladə Hallar Departamentindən Trend-ə bildiriblər ki, Maranii kəndi (İmereti regionu) yaxınlığında neftlə dolu qatarın iki vaqonu relsdən çıxıb.

Neft dəmiryolun kənarına dağılıb və yanğın baş verib.

Hadisə yerinə mütəxəssislər və yanğını söndürməyə çalışan xilasedicilər səfərbər ediliblər.

Bir neçə saat ərzində dəmiryolda hərəkət dayanıb. Hazırda hərəkət bərpa edilib.

Neft daşıyan qatarın kimə məxsus olduğu və ekologiyaya dəyən ziyanın həcmi dəqiqləşdirilir. Departamentin nümayəndələri neft dağılması az olduğuna görə ziyanın minimal olduğunu bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti