...

Son 5 ildə Türkiyədə traktor qəzaları 1600 nəfərin həyatına son qoyub

Hadisə Materials 16 Noyabr 2013 04:44 (UTC +04:00)
Türkiyədə son 5 ildə baş verən 12 712 traktor qəzasında 1600 nəfər ölüb, 23 380 nəfər yaralanıb.
Son 5 ildə Türkiyədə traktor qəzaları 1600 nəfərin həyatına son qoyub

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Türkiyədə son 5 ildə baş verən 12 712 traktor qəzasında 1600 nəfər ölüb, 23 380 nəfər yaralanıb.

Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, hər il ölkədə orta hesabla 2500 traktor qəzası baş verir və bu qəzalarda orta hesabla 300 nəfər həyatını itirir.

Qəzaların baş verməsinə səbəb kimi daha çox dönmə, manevr etmə qaydalarını düzgün yerinə yetirməmək, sürət həddini aşmaq göstərilir.

Xəbər lenti

Xəbər lenti