...

Kazanda təyyarə qəzaya uğrayıb, ölənlər arasında Tatarıstan Prezidentinin oğlu da var (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 17 Noyabr 2013 22:35 (UTC +04:00)
Tatarıstanın paytaxtı Kazanda yerli aviaşirkətə məxsus "Boeing 737-500" tipli təyyarə qəzaya uğrayıb, 50 nəfər ölüb.
Kazanda təyyarə qəzaya uğrayıb, ölənlər arasında Tatarıstan Prezidentinin oğlu da var (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 20:33-də yayılıb)

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Tatarıstanın paytaxtı Kazanda yerli aviaşirkətə məxsus "Boeing 737-500" tipli təyyarə qəzaya uğrayıb, 50 nəfər ölüb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

"Tatar-İnform" agentliyinin məlumatına görə, ölən sərnişinlər arasında Tatarıstan Prezidenti Rüstəm Minnixanovun oğlu İrek Minnixanov da olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib ki, təyyarə aerodromun uçuş meydanına enərkən yerə çırpılıb. Təyyarədə olan 6 ekipaj və 44 sərnişinin hamısı ölüb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Qəza yerli vaxtla saat 19:25-də baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti