...

Bakıda parkda meyit tapılıb

Hadisə Materials 19 Noyabr 2013 13:57 (UTC +04:00)
Səbail rayonu ərazisindəki parkda 40-45 yaşlı kişi meyiti tapılıb.
Bakıda parkda meyit tapılıb

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir İ.İzzət/

Bakının Səbail rayonu ərazisindəki parkda 40-45 yaşlı kişi meyiti tapılıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 18-də Səbail rayonu Cəfərov Qardaşları küçəsindəki parkda üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti tapılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti