...

FHN Sumqayıtda yataqxanada baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb

Hadisə Materials 25 Noyabr 2013 21:22 (UTC +04:00)
Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 4 min kv.m olan 2-3 (bir hissəsi 2, digər hissəsi 3 mərtəbədən ibarət) yataqxana binasının 1-ci mərtəbəsində 3 otaqdan ibarət inventarlar saxlanılan anbarın yanar konstruksiyaları və içərisinə yığılmış əşyalar 100 kv.m sahədə yanıb.
FHN Sumqayıtda yataqxanada baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda yataqxanada baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 4 min kv.m olan 2-3 (bir hissəsi 2, digər hissəsi 3 mərtəbədən ibarət) yataqxana binasının 1-ci mərtəbəsində 3 otaqdan ibarət inventarlar saxlanılan anbarın yanar konstruksiyaları və içərisinə yığılmış əşyalar 100 kv.m sahədə yanıb.

Yanğın zamanı 3-cü mərtəbədə müvəqqəti məskunlaşmış 15 nəfər məcburi köçkün yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti