...

Bitum yükü gətirən avtomobillərdən narkotik vasitələr aşkar edilib

Hadisə Materials 26 Noyabr 2013 15:22 (UTC +04:00)
Trend Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, metadon məhlulu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 10 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,01 qram təşkil edir.
Bitum yükü gətirən avtomobillərdən narkotik vasitələr aşkar edilib

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına bitum yükü gətirən İran vətəndaşı Soleimaniabdar Mohammadrezanın idarə etdiyi "Howo" markalı yük avtomobilinə baxış keçirilən zaman avtomobilin kabinindən 1 ədəd plastmas qabda 10 ml həcmində metadon məhlulu aşkar edilərək götürülüb.

Trend Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, metadon məhlulu "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 10 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,01 qram təşkil edir.

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda buna bənzər daha bir fakt qeydə alınıb. İran İslam Respublikasından Azərbaycan Respublikasına bitum yükü gətirən İran vətəndaşı Farıdjafarnezhad Alırezanın idarə etdiyi "Howo" markalı yük avtomobilinə baxış zamanı da avtomobilin kabinindən 1 ədəd plastmas qabda, 85 ml həcmində metadon məhlulu aşkar olunub. 85 ml məhlulda isə metadonun quru maddəsinin ümumi miqdarı 0,085 qram təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti