...

Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alan var

Hadisə Materials 18 Dekabr 2013 22:49 (UTC +04:00)
Gəncə şəhərində yol qəzası baş verib.
Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alan var

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Gəncə şəhərində yol qəzası baş verib.

Trend-in Kəpəz TV-yə isitnadən verdiyi məlumata görə, hadisə çərşənbə günü saat 21.02 radələrində Təbriz küçəsində qeydə alınıb.

Gəncə sakini İntiqam Babayevin idarə etdiyi "VAZ 21 04" markalı avtomobil yoldan çıxaraq, iri gövdəli ağaca çırpılıb.

Nəticədə sürücü və 2 sərnişin xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gənə şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb.

Xəbər lenti

Xəbər lenti