...

Qadınların əl çantasını alıb qaçmış şəxslər saxlanılıblar

Hadisə Materials 23 Dekabr 2013 12:08 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 21-də A.Manafov küçəsində naməlum şəxs Bakı şəhər sakini Məxmər Cabbarovanın içərisində 100 manat, mobil telefon və şəxsiyyət vəsiqəsi olnan əl çantasını əlindən alıb qaçıb.
Qadınların əl çantasını alıb qaçmış şəxslər saxlanılıblar

Azərbaycan, Bakı, 23 dekabr /Trend/

Qadınların əl çantasını alıb qaçmış şəxslər saxlanılıblar.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dekabrın 21-də A.Manafov küçəsində naməlum şəxs Bakı şəhər sakini Məxmər Cabbarovanın içərisində 100 manat, mobil telefon və şəxsiyyət vəsiqəsi olnan əl çantasını əlindən alıb qaçıb.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakinləri Nüsrət Məmmədov və Xaliq Həsənov tutulublar.

Dekabrın 21-də Şərifli küçəsində naməlum şəxs Zeynəb Cəlilovanın əlindən içərisində pul olan əl çantasını alıb qaçıb.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Məhəbbət Həsənov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti