Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İ.İzzət/
Yasamal rayonunda qətl törədilib.
Yasamal rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, dekabrın 25-də gecə saat 2:00 radələrində 1990-cı il təvəllüdlü Abdullayev Rövşən Atım oğlu şəxsi mübahisə zəminində 1974-cü il təvəllüdlü Quliyev Bəxtiyar Əliabbas oğlunu bıçaqlayıb.
Bıçaq zərbələrindən ciddi xəsarət alan Bəxtiyar Quliyev Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.