Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir İ.İzzət/
Ailə münaqişəsi zəminində arvadını küt alətlə qətlə yetirmiş Yevlax rayon sakini tutulub.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 27-də Yevlax rayonu Nemətabad kəndindəki evində Əziz Əsədov ailə münaqişəsi zəminində arvadı Rəfiqəni küt alətlə qətlə yetirib.
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Əsədov tutulub.
Qeyd edək ki, Əziz Əsədov 1934-cü il təvəllüdlüdür.
Faktla bağlı Yevlax rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.