...

Lənkəranda "Volkswagen" qaz boru xəttinə çırpılıb, yaralanan var

Hadisə Materials 1 Yanvar 2014 01:36 (UTC +04:00)
Lənkəran rayonu, Cil kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus "Volkswagen" markalı minik avtomobili yol kənarındakı qaz boru xəttinə çırpılıb.
Lənkəranda "Volkswagen" qaz boru xəttinə çırpılıb, yaralanan var

Azərbaycan, Bakı, 1 yanvar /Trend/

Lənkəran rayonu, Cil kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus "Volkswagen" markalı minik avtomobili yol kənarındakı qaz boru xəttinə çırpılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nəticədə minik avtomobilinin yanar hissəlləri yanıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin bədən xəsarətləri ilə yanğınsöndürənlər hadisə yerinə çatana kimi əhali tərəfindən çıxarılaraq Təcili Yardım Xidmətinə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti