...

Gəncə sakinini qətlə yetirən şəxs tutulub

Hadisə Materials 7 Yanvar 2014 12:58 (UTC +04:00)
Gəncə sakinini qətlə yetirərək qaçıb gizlənmiş şəxs tutulub.
Gəncə sakinini qətlə yetirən şəxs tutulub

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İ.İzzət/

Gəncə sakinini qətlə yetirərək qaçıb gizlənmiş şəxs tutulub.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə təqsirləndirilən Həsən Həsənov tutulub.

H.Həsənov yanvarın 5-də bıçaqla Elgün Əsgərova xəsarət yetirib qətlə yetirib, daha sonra isə hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti