Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir İ.İzzət/
Naxçıvan Muxtar Respublikasının Şərur şəhər sakini tapdığı silah-sursatı polisə təhvil verib.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Şərur şəhər sakini Hüseyn Məmmədov tapdığı 1 ədəd qaz tapançasını və 231 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Şərur Rayon Polis Şöbəsinə təhvil verib.
Faktla bağlı Şərur Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.