...

İranda 11 yaşlı haker həbs olunub

Hadisə Materials 13 Yanvar 2014 14:24 (UTC +04:00)
İranın Mazandaran əyalətinin Babul şəhərində 11 yaşlı haker həbs olunub.
İranda 11 yaşlı haker həbs olunub

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir T.Cəfərov/

İranın Mazandaran əyalətinin Babul şəhərində 11 yaşlı haker həbs olunub. Bu barədə Mazandaran əyalət polisinin kibercinayətlər üzrə idarəsinin rəisi Əhmədrza Rüstəmi deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

Onun sözlərinə görə, 11 yaşlı haker bir istifadəçinin şəxsi e-mail ünvanının parolunu əldə edib və həmin şəxsin bank hesabından öz hesabına pul köçürüb.

Həbs olunmuş haker barəsində cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti