...

Bakıda qadın təcridxanaya gətirdiyi sovqatın içində narkotik maddə keçirmək istəyib (FOTO)

Hadisə Materials 13 Yanvar 2014 15:27 (UTC +04:00)
Bakıda qadın istintaq təcridxanasında saxlanılan şəxsə gətirdiyi sovqatın içində narkotik maddə keçirmək istəyib.
Bakıda qadın təcridxanaya gətirdiyi sovqatın içində narkotik maddə keçirmək istəyib (FOTO)

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda qadın istintaq təcridxanasında saxlanılan şəxsə gətirdiyi sovqatın içində narkotik maddə keçirmək istəyib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs İxtiyar Sabir oğlu Tahirovun tanışı Yeganə Tahir qızı Rəşidinin gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı "Truffel" konfetinin içərisində gizlədilmiş 1 (bir) ədəd təxmini çəkisi 6,5 qram olan narkotik maddə - "Tiryək" aşkar edilərək götürülüb.

Qeyd edək ki, İxtiyar Tahirov Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma) maddəsi ilə təqsirli bilinərək həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti