Azərbaycan, Bakı, 20 yanvar /Trend/
Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonundakı Cilvəgözü sərhəd-buraxılış məntəqəsindən 4,5 km aralıda Suriya tərəfdə iki avtomobil partlayıb.
Trend "Zaman" qəzetinə istinadən məlumat verir ki, hadisə nəticəsində çoxlu sayda insan ölüb. Türkiyəyə gətirilən 3 yaralıdan biri yolda dünyasını dəyişib.
"Anadolu" agentliyinin məlumatına görə, yaralanmış 5 suriyalı Reyhanlı Dövlət Xəstəxanasına gətirilib.
Hadisənin baş verdiyi ərazinin Azad Suriya Ordusunun nəzarətində olduğu bildirilir.
Suriya İnqilab Şurasının açıqlamasında, Bab əl-Həva sərhəd qapısında baş vermiş partlayış nəticəsində 10 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir.