...

Bakıda mənzildə 66 yaşlı kişinin meyiti tapılıb

Hadisə Materials 24 Yanvar 2014 00:47 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda mənzildə bağlı qapı arxasında 1948-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Bakıda mənzildə 66 yaşlı kişinin meyiti tapılıb

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Bakı sakini mənzilində ölü tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Sabunçu rayonunda mənzildə bağlı qapı arxasında 1948-ci il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindəki dəmir barmaqlıqları təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə kəsib və içəri daxil olublar.

Mənzilə baxış keçirilərkən Aydın Əli Səttər oğlu Babayev hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində A.Babayevin vəfat etdiyi müəyyən olunub.

Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti