Azərbaycan, Bakı, 24 yanvar /Trend/
Bakıda keçmiş məhkumdan narkotik götürülüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Xaləddin Hüseynovdan 405 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.