...

Gəncədə iki uşaq anası 7-ci mərtəbədən yıxılaraq ölüb

Hadisə Materials 25 Yanvar 2014 16:55 (UTC +04:00)
Bu gün günorta saatlarında Gəncədə 23 yaşlı Ayşən Abbasova pəncərə silərkən 7-ci mərtəbədən yıxılıb.
Gəncədə iki uşaq anası 7-ci mərtəbədən yıxılaraq ölüb

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Bu gün günorta saatlarında Gəncədə 23 yaşlı Ayşən Abbasova pəncərə silərkən 7-ci mərtəbədən yıxılıb.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, ölümcül vəziyyətdə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılan Ayşən Abbasova dünyasını dəyişib.

Qeyd edək ki, hadisə DOS 102 bina 1, mənzil 46-da qeydə alınıb. 2 azyaşlı uşaq anası olan mərhumun həmin mənzilə qayınatasının evinə qonaq gəldiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti