Azərbaycan, Bakı, 25 yanvar /Trend/
Bu gün Bakının Heydər Əliyev prospektində 5 mərtəbəli binada söküntü işləri aparılarkən uçqun baş verib.
Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, hadisə yerinə təcili tibbi yardım maşınları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan xilasedicilər dağıntılar altından iki nəfərin cəsədini çıxararaq təhvil veriblər.
Yaxınlıqdakı bir neçə avtomobilə də ziyan dəyib. Avtomobillərdə insan olub-olmadığı hələlik dəqiqləşdirilməyib.
Hazırda prospekt dağıntılardan təmizlənib, nəqliyyatın hərəkəti tam bərpa olunub.