...

Balakəndə yol qəzası: iki ölü, bir yaralı

Hadisə Materials 28 Yanvar 2014 05:00 (UTC +04:00)
Balakən rayonunda iki nəfərin ölümü, bir nəfərin isə xəsarəti ilə nəticələnən yol qəza hadisəsi baş verib.
Balakəndə yol qəzası: iki ölü, bir yaralı

Azərbaycan, Bakı, 28 yanvar /Trend /

Balakən rayonunda iki nəfərin ölümü, bir nəfərin isə xəsarəti ilə nəticələnən yol qəza hadisəsi baş verib.

Trend Kanal S-ə istinadən məlumat verir ki, hadisə bu gün axşam saatlarında, Yevlax-Zaqatala -Balakən magistral yolunun Balakən rayonunun Qullar kəndindən keçən hissəsində baş verib.

Balakən rayonu Qullar kənd sakini, 1985-ci il təvəllüdlü Saramanov Çingiz
Məhəmməd oğlu idarə etdiyi VAZ 2106 markalı avtomobillə Qullar kəndindən rayon mərkəzi istiqamətində hərəkətdə olarkən, yolun kənarındakı piyada, Qullar kənd sakini 1960-cı il təvəllüdlü Bodurova Məryəm Cəlal qızını vurub.

Baş verən hadisədən özünü itirən sürücü hərəkət istiqamətini itirərək, avtomobili yolun kənarındakı hasara çırpıb.

Qəza nəticəsində piyada Məryəm Bodurova və sürücü Çingiz Saramanov aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən elə hadisə yerindəcə keçiniblər. Avtomobildə olan sərnişin, Qullar kənd sakini 1986-cı il təvəllüdlü Akubayev Sərxan Nadir oğlu isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili Balakən Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Sərxan Akubayevin vəziyyəti hal-hzırda orta ağır qiymətləndirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Təhqiqat və İstintaq bölməsində araşdırma aparılır.

Hadisənin dəqiq təfərrüatları aparılan araşdırmalardan sonra məlum olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti