...

Gədəbəydə inzibati bina yanıb

Hadisə Materials 29 Yanvar 2014 07:53 (UTC +04:00)
Gədəbəydə inzibati binada yanğın baş verib.
Gədəbəydə inzibati bina yanıb

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Gədəbəydə inzibati binada yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Gədəbəy rayonu, Göyəmli kəndində vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan birmərtəbəli 9 otaqdan ibarət inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 300 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti