...

Axtarışda olan Azərbaycan vətəndaşı Rusiyada tutulub

Hadisə Materials 29 Yanvar 2014 12:25 (UTC +04:00)
Axtarışda olan Azərbaycan vətəndaşı Rusiya Federasiyasının Kazan şəhərində tutulub.
Axtarışda olan Azərbaycan vətəndaşı Rusiyada tutulub

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İzzət/

Axtarışda olan Azərbaycan vətəndaşı Rusiya Federasiyasının Kazan şəhərində tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan Azərbaycan respublikasının vətəndaşı Rahil Nəsibov Rusiya Federasiyasının Tatarıstan respublikasının paytaxtı Kazan şəhərində tutulub.

Rahil Nəsibov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü (vergi ödəməkdən yayınma) maddəsi ilə axtarış elan edilmişdi.

Hazırda onun Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti