Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İ.İzzət/
Azərbaycanda oğurluq etmiş Gürcüstan vətəndaşı tutulub.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda oğurluq etmiş Gürcüstan vətəndaşı Chketia Zurabi tutulub.
Chketia Zurabi yanvarın 8-də Tərminə İsgəndərovanın evindən 40 manat pul və 1 ədəd noutbuku oğurlayıb.