...

Kürdə köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib

Hadisə Materials 3 Fevral 2014 00:57 (UTC +04:00)
Kürdə köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.
Kürdə köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib

Azərbaycan, Bakı, 3 fevral /Trend/

Kürdə köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Samux rayonu Yenikənd qəsəbəsində 3 nəfər gəzinti üçün Kür çayındakı kiçik qumsallıq əraziyə keçib, suyun qalxması və havanın şaxtalı olması nəticəsində köməksiz vəziyyətdə qalıblar.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, müvafiq qurumlar məlumatlandırılıb. Kür çayının suyu Yenikənd su anbarı hissəsindən azaldılaraq əməliyyatın təhlükəsiz keçirilməsi üçün müvafiq şərait yaradılıb və vətəndaşlar xilas ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti