...

Şəmkirdə yaşayış evində partlayış baş verib

Hadisə Materials 4 Fevral 2014 10:31 (UTC +04:00)
Dünən axşam saatlarında Şəmkir rayonunun Çinarlı qəsəbəsində Tamella Məsimovaya məxsus yaşayış evində qaz sızması partlayışa səbəb olub.
Şəmkirdə yaşayış evində partlayış baş verib

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Dünən axşam saatlarında Şəmkir rayonunun Çinarlı qəsəbəsində Tamella Məsimovaya məxsus yaşayış evində qaz sızması partlayışa səbəb olub.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə evin həyətindəki vanna otağında qeydə alınıb.

Qazı yandırmaq istəyən mənzil sahibi bədbəxt hadisə ilə üzləşib. Nəticədə ev sahibi xəsarət alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər onun səhhətinin ağır olduğunu bildirirlər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti