...

Mədinədə zəvvarların qaldığı hoteldə yanğın olub: 15 ölü, 100-dən çox yaralı (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 8 Fevral 2014 21:26 (UTC +04:00)
Bu gün Səudiyyə Ərəbistanının Mədinə şəhərində Ümrə ziyarətinə gələnlərin qaldığı hoteldə yanğın baş verib.
Mədinədə zəvvarların qaldığı hoteldə yanğın olub: 15 ölü, 100-dən çox yaralı (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Bu gün Səudiyyə Ərəbistanının Mədinə şəhərində Ümrə ziyarətinə gələnlərin qaldığı hoteldə yanğın baş verib.

Trend Türkiyənin "Zaman" qəzetinə istinadən məlumat verir ki, günorta saatlarından sonra baş vermış yanğın nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

İlkin məlumata görə, yanğın zamanı tüstüdən zəhərlənənlər arasında 15 Türkiyə vətəndaşı da var.

Ölənlərin sayı haqqında dəqiq məlumat verilmir, yaralıların isə xəstəxanalara yerləşdirildiyi deyilir.

Mədinə Mülki Müdafə Qoşunlarının mətbuat katibi Albay Xalid əl-Cahni "İşraq əl-Mədinə" hotelində baş vermiş yanğının söndürülməsi istiqamətində iş aparıldığını, təcili tibbi yardım maşınlarının yaralıları yaxın xəstəxanalara apardığını deyib.

Yerli KİV-lərin məlumatına görə, hadisə nəticəsində 15 nəfər ölüb, 100-dən çox şəxs isə xəsarət alıb.

Ölənlərin əksəriyyətinin Misir vətəndaşları olduğu bildirilir. Bir çox yaralı isə ağır vəziyyətdədir.

"Sky News Arabia" telekanalının məlumatına görə, hazırda yanğınsöndürənlər yuxarı mərtəbələrə qalxan yanğını söndürməyə çalışırlar. Xilasedicilərin işini qatı tüstü çətinləşdirir. Binanın daxilində hələ də köməyə ehtiyacı olan insanların qaldığı deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti